Azərbaycan Prezidenti: Almaniya ilə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk
Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk.
"İnterPosta" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə bu ölkənin milli bayramı - Alman Birliyi Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.
“İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Dövlətimizin başçısı noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycanın Almaniya ilə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26