Interposta.Info

Bakının cənub girişi bağlandı (FOTO)

Manşet
 9-09-2024, 09:55     21 702

Qaradağ rayonu, "Lökbatan” dairəsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

DİN-in mətbuat xidmətindən "İnterPosta"ya bildirilib ki, buna səbəb həmin istiqamətdə aparılan təmir işləridir.

Qeyd edək ki, Bakıya cənub istiqamətindən yeganə giriş Lökbatan dairəsindən başlayır. Beləliklə, ölkənin əksər rayon və şəhərlərindən, eləcə də paytaxtın Qaradağ rayonundan şəhərin mərkəz istiqamətinə giriş Kənar Dairəvi yol ilə təşkil edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26