Interposta.Info

Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər (VİDEO)

Manşet
 18-03-2024, 09:08     70 540

Paytaxtda MTK-lar tərəfindən eyni ərazidə bir kvadratmetri fərqli qiymətlərə mənzillər satışa çıxarılır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində daşınmaz əmlakların tikildiyi şəhərlərə, ərazilərə hətta onların yerləşdiyi küçələrə görə vahid satış qiymətləri olur.

Onun sözlərinə görə, Bakıda isə mənzillərin satışı fərqli qaydada həyata keçirilir.

Ekspert qeyd edib ki, bəzi MTK-lar müxtəlif yollarla Bakıda yeni tikilən binalarda mənzillərin qiymətini süni şəkildə artırırlar.

E.Fərzəliyev onu da əlavə edib ki, bu sahədə sui istifadə hallarının qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26