Samir Nuriyev keçmiş məcburi köçkünlərin qayıdışı planından danışdı
Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində işlər planlı və əlaqələndirilmiş şəkildə davam etdirilir.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Qərargahın növbəti iclası zamanı deyib.
O, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keyfiyyətli, operativ, kompleks yanaşma tətbiq etməklə əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26