Interposta.Info

MN-dən açıqlama: Nazir daha 3 polkovniki işdən çıxarıb? (YENİLƏNİB)

Manşet
 28-07-2023, 20:59     419

Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən "İnterPosta"ya bildirilib ki, bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır.

"Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır.
Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", - Nazirlkdən deyiblər.

18.01

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilov, Quru Qoşunlarının Əməliyyat idarə rəisi, polkovnik Allahverdi Hacıyev və Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov tutduqları vəzifədən azad olunublar.

"İnterPosta" xəbər verir ki, bu barədə Bizim.Media məlumat yayıb.

Onların tutduqları postdan yaş həddi ilə bağlı uzaqlaşdırıldığı bildirilir. Belə ki, hər üç polkovinikin yaşı 60-dan çoxdur.

Digər məlumata görə, işdən azad edilən polkovniklər bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovun yaxın adamlarıdır. Hətta Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Sarı Xəlilovun Nizam Osmanovla sinif yoldaşı olduğu bildirilir.

Xatırladaq ki, bundan əvvəl Müdafiə Nazirliyinin 4 yüksək vəzifəli şəxsinin işdən azad olunduğu ilə bağlı məlumat yayılıb. Bildirilib ki, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev, Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov və Müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanov tutduqları vəzifədən azad ediliblər.

Onlardan ikisinin - Nizam Osmanov və Elxan İbrahimovun vəzifələrini itirdikləri rəsmi təsdiqini tapıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26