Interposta.Info

Şabranda bazar içində "bazar" açılıb: Narkotik satanlar, avtomobil yolunu bağlayan "polka"lar - FOTOLAR

 

Manşet / Paradoks
 3-07-2023, 15:56     1 000

Şabran rayonunda fəaliyyət göstərən bazardakı vəziyyəti müşahidə etmək üçün getdiyimizdə qapıda rastlaşdığımız vəziyyət heç də ürəkaçan olmadı. Fotolardan gördüyünüz kimi bazarın önündə qanunsuz olaraq əlavələr yerlərin icarəyə verilməsi həm sakinləri narahat edir. Bazar içində bazar açıblar desək yanılmarıq...Bundan əlavə burda satılan qidaların keyfiyyətinin standartlara cavab verib verməməsi məsələsi də sual doğurur.
Bu cür vəziyyət rayonun xarici görünüşünə də mənfi təsir göstərir. Ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul etdiyi Dövlət Proqramlarının nəticəsi olaraq bütün regionlar, rayon mərkəzləri abadlaşdırılıb və müasirləşdirilib. Lakin, Şabran rayonundakı xoşəgəlməz görüntü onu deməyə əsas verir ki, bura dövlət proqramından kənarda qalıb, yaxud da rayon rəhbərliyi bu vəziyyəti düzəltməkdə maraqlı deyil.


Sakinlər deyir ki, qeyri-qanuni yaradılmış bazarın yerində əvvəl bələdiyyə bazarı olub. Hansı ki, orda əvvəllər insanlar yer pulu və dövlətə vergi ödəyib. Bundan əlavə, bazara nəzarət edən polis də olub. Bələdiyyə sədri dəyişiləndən sonra isə vəziyyət tamam dəyişib. Yeni təyin edilən icra başçısı bazarı sökdürüb. Buna səbəb kimi bazarın önündə yeni bazarın qanunsuz olması göstərilib. İndi bazarda çalışanlar yeni yerlər götürərək, nə yer pulu, nə də vergi verilir. Sakinlər iddia edir ki, sözügedən bazarda çalışanların arasında narkotik satanlar və istifadəçiləri də var. Bildirilir ki, qeyri-etik ifadələri işlədərək insanları narahat edirlər. Vəziyyət o həddə çatıb ki, avtomobillərin hərəkətində də problemlər yaranıb. Bəs bazarın avtomobil parkı hazırda niyə yoxdur?
Sakinlər bildirir ki, hazırda qanunsuz icarəyə verilən yerlərdə əvvəllər avtomobil parkı fəaliyyət göstərib...
Bizim Şabranda gördüklərimizdən haqlı olaraq bəzi suallar yaranır. Görəsən hər gün qanunsuz fəaliyyət göstərməklə küllü miqdarda vəsait əldə edərək həmin pulları dövlətdən gizləyən, vergidən yayınan və qanunları pozan bu işbazlar insanları antisanitariya vəziyyətində alış-veriş etməyə məcbur edərkən onlar cinayət törətdiklərini bilirlərmi?
Bu işbazlar vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma kimi cinayət məsuliyyəti yaradan əməllərin təsiri altına düşürlərsə vergi, polis və prokurorluq orqanları nəyə görə susurlar?
Bəs rayon icra hakimiyyəti hara baxır?
Bu gün xəstəlik mənbəyi olan və antisanitariya vəziyyətində fəaliyyət göstərən, insanların gediş-gəlişinə maneə yaratmaqla və şəhərin ümumi gözəlliyinə xələl gətirən həmin qanunsuz bazarın işləməsinə rayon rəhbərliyi nə vaxta qədər göz yumacaq?
Yəgin ki, aidiyyatı orqanların tezliklə suallarımıza cavab taparlar. Buna ümid edirik...

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26