Interposta.Info

Qaradağda 10-dan çox maşının iştirakı ilə baş verən qəzanın görüntüləri - ANBAAN VİDEO

Manşet
 19-06-2023, 09:45     215

Qaradağda baş verən zəncirvari qəzanın görüntüləri yayılıb.

Hadisənin anbaan görüntülərini əks video sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ötən gün saat 13:45 radələrində Bakı-Qazax yolunun 30-cu km-də baş verib.

İki yük avtomobilinin toqquşması nəticəsində yük avtomobillərinin sürücüləri idarəetməni itirib və nəticədə avtomobillərdən biri marketin önündə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində ölüm halı baş verməsə də, 2 nəfər xəsarət alıb, 10-a yaxın avtomobilə maddi ziyan dəyib.

Hadisənin görüntülərini təqdim edirik:


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26