Vilayət Eyvazov Zakir Həsənovun oğluna yeni vəzifə verdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nazim Həsənov Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.
"İnterPosta" Unikal-a istinadla bildirir ki, yeni vəzifəyə təyin edilən Nazim Həsənov müdafiə naziri general-polkovnik Zakir Həsənovun oğludur.
Qeyd edək ki, Nazim Həsənov bu təyinatadək Xətai Rayon Mühafizə İdarəsinin rəisi olub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26