Interposta.Info

Hell (Cəhənnəm) içkisi! - Helli niyə içməliyik, niyə içməməliyik?FOTO FAKTLAR

Manşet / Paradoks / Ölkə
 14-08-2017, 08:59     14 027

Hell sözünün azərbaycanca mənası nə deməkdir!?
Cəhənnəm sözü İslam dinində ən isti məkan olduğunu hər birimiz bilirik və Azərbaycanda islam ölkəsi olması bütün dünyaya məlumdur.
Bəs onda niyə cəhənnəm adı olan bu energetik içkini içirik?
Bu içkinin məsh adı niyə cəhənnəm deməkdir?

 Hell (Cəhənnəm) içkisi! - Helli niyə içməliyik, niyə içməməliyik? – FOTO FAKTLAR


Bir sıra Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bu və ya bunun kimi içkilərin satışına qadağa qoyula bilərmi?
İlk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri xüsusilə gənclər arasında çox məşhur olub.

Ekspertlərimiz bu energetik içkilərin insan orqanizmində törətdiyi fəsatlar haqqında nə düşünürlər!

Bizə enerji verdiyini düşünərək alıb içdiyimiz energetik içkilərin ürək xəstəliklərinə səbəb olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla bu içkilərin insanda psixoloji asılılıq yaratdığını bildirdi: "Kofein sinir stimulyatorudur və orqanizmdə stimulyasiya yaradır. Amma bu, qısamüddətli bir effekt verir. Energetik içkilərin tam tərkibi hələ ki açıqlanmayıb. Bu baxımdan hesab edirəm ki, belə içkilərdən məhdud dərəcədə istifadə etmək lazımdır. Bu içkilərin tərkibindəki kofein orqanizmdə ciddi dəyişikliklərə səbəb olur. Yəni ürək əzələlərinin həddən artıq stimulyasiyasına və zəifləməsinə gətirir. Belə xəstələrdə ürəyin tez-tez döyünməsi, ürək ritminin pozulması kimi hallar baş verir. Ona görə də hesab edirəm ki, bu içkilərdən mümkün qədər uzaq durmaq daha yaxşıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov energetik içkilərin arzuolunmaz içkilər olduğunu dedi:
"Azad İstehlakçılar Birliyi belə içkilərin məktəb bufetlərində satışına qadağa qoyulmasına nail olub. Düzdür, Bakı şəhərində bu qadağaya əməl olunsa da təəssüflər olsun ki, regionlarda problemlər qalır. Biz çalışırıq ki, məktəb yaxınlığında, tibb müəssisələri yaxınlığında energetik içkilər satılmasın. Energetik içkilərin etiketinə baxsaq, görərik ki, onu dövlət orqanları yoxlayıb sertifikat verib. Lakin onu mükəmməl yoxlayan qurum yoxdur. Bütün dünya ölkələrində istehlakçı hüquqlarını qoruyan qurumlar deyir ki, energetik içkilər arzuolunmazdır".
Mənbə

İslam dininin müqədəs kitabı olan Qurani Kərimdə Allah günahgar bəndələrinə cəhənnəm və cəhənnəmdə nə vəd edir!

Cəhənnəm əhlinin yeməyi


Uca Allah deyib: «Onların yeməyi (zəhərdən də acı) zəridən başqa bir şey olmayacaqdır. (o yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar» (əl-Faşiyə,6-7). Bu zərilər nə qədər də iyrəncdir! Onların dadı zəqqumdan acı, qoxusu isə gildən gələndən də pisdir. Onları kimsə yesə, onlar nə mədəyə düşər, nə də ağıza qayıdar, iksinin arasında ilişib qalar. Bir dəfə Abdur-Rəhman bin Auf iftar etmək istəyirdi və ona şam yeməyi gətirəndə o, bunu oxudu: «Dərgahımızda qandallar və Cəhənnəm; Boğaza tıxılıb qalan yemək (zəqqum) və şüddətli əzab vardır!» (əl-Muzzəmmil, 12-13). Sonra o ağlamağa başladı və iftarını da heç açmadı.

Uca Allah deyib: (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalimlər üçün bir bəla etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (Cəhənnəm odunun içindən) çıxır. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar» (əs-Saffat,62-66). Allah kafirlər üçün əzablı cəza hazırlayıb.Bu cəza onlar üçün daha da ağır olacaq, ona görə ki, onlar bunu heç ağıllarına belə gətirə bilməzdilər. Cəhənnəmdə odlu dəryadan zəqqum ağacı bitir. Tanrının bu sözlərini eşidən azğınların inamsızlığı daha da artır, ona görə ki, fani dünyada alov ağacları yandırır. Amma zəqqum ağacını yox! Buna görə də Allah onu, günahkarları yoldan çıxaran adlandırıb. Eybəcərliyinə görə Allah bu ağacın meyvələrini şeytanların başlarına bənzətmişdir və Od əhli hər dəfə onları dişləmək istəyəndə onlar qayıdıb yemək istəyənləri dişləyəcəklər.

Uca Allah, həmçinin deyib: «İrindən başqa bir yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər» (əl-Haqqə,36-37).

Hell sözünün ingiliscə ( Amerikada) leksik mənası “istehsal tullantılarını yandırmaq üçün soba” deməkdir!

HELL sozünün ingilis dilindən dilimizə tərcüməsi zamanı alınan sözlər.

 Hell (Cəhənnəm) içkisi! - Helli niyə içməliyik, niyə içməməliyik? – FOTO FAKTLAR


Od əhlinin içkisi


Uca Allah deyib: «… (Məgər Cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!» (Məhəmməd,15). Həqiqətdə bu sadəcə qaynar su deyil, bu yanar sudur. Bir dəfə Abdullah ibn Ömər sərin su içir və ucadan ağlamağa başlayır. Ondan soruşurlar: «Sən nəyə görə ağlayırsan?» o deyib: «Allahın Kitabındakı ayə yadıma düşdü: «Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir…» (Səba,54). Axı Cəhənnəmin sakinləri sərin suyun həsrətində olacaqlar…»

Uca Allah, deyib: «Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar; qaynar sudan və irindən başqa» (ən-Nəbə,24-25). Uca Allah, həmçinin deyib: «Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı (sədid) sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz…» (İbrahim,16-17). Peyğəmbər (s.ə.v.) sədid suyu haqqında deyib: «O, ağıza yaxınlaşdırılacaq və o (Cəhənnəmdə əzab çəkən) onu, heyvan su içdiyi kimi içəcək. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq, o, suyu içəndə isə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaq» (Əhməd).

Uca Allah deyib: «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis bir məskəndir!» (əl-Kəhf,29). Bu içki qaynar yağdır. Bir dəfə İbn Məsud gümüşü əridib: «Kim sədid görmək istəyirsə buna baxsın» - deyərək adamları məscidə göndərir. Əbu Səid əl-Xudri danışırdı ki, bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üstünə düşür.
Mənbə

İslam dinində uyuşdurucu, kefləndirici bitkilər və içkilər haram buyrulmuşdur!

interposta.info olaraq araşdırmamızın sonda bir daha onu xatırlatmaq istəyirik ki, HELL və HELL kimi energetic içkiləri müsəlman dininin tələblərinə görə və sağlam həyat yaşamaq məqsədi ilə içmək olarmı?


Sağlamlığınız üçün özünüz qərar verin!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26