Interposta.Info

“Sultan”da erməni toyu, yoxsa oyunu?

Manşet
 29-07-2017, 16:22     10 700

Fuada istədiyi məbləğdə pul verməyə razı olduqlarını deyən haylar, "Sultan"nın başında dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının endirilməsini istəyiblər
Dünən bir neçə saytda Ukraynada ermənilərlə azərbaycanlı iş adamı arasında qarşıdurma olması barədə yazı oxudum. Hadisə Ukraynanın Lvov vilayətinin Truskavets şəhərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı gənc, Fuad Kərimovla ermənilər arasında olub.
Yazıdan məlum olur ki, Fuad bu şəhərdə iki - "Ukaze" və "Sultan" adlanan restoranlara rəhbərlik edir. Hadisəni səbəbinə gəlincə isə, bir neçə gün əvvəl ermənilər "Sultan" restoranında toy etmək üçün onunla danışığa gəliblər və toyu onların qərəzli şərtlərinə uyğun olmasına cəhd ediblər.

“Sultan”da erməni toyu, yoxsa oyunu?



Fuada istədiyi məbləğdə pul verməyə razı olduqlarını deyən haylar, "Sultan"nın başında dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının endirilməsini istəyiblər.
Buna etiraz olunanda ermənilər kobudluğa əl ataraq etikaya sığmayan ifadələr işlədərək münaqişə yaradıb, bir neçə gün sonra isə müəyyən adamlar vasitəsiylə Fuadın üstünə təzyiq etməyə başlayıb və daha sonra isə kriminal aləmin adamlarını məsələyə qatıblar.

Şübhəsiz ki, görünür burada ermənilərin əsas məqsədi və ya "oyunu" öz toylarını etməkdən daha çox Azərbaycan və Türkiyə bayraqlarını endirməyə nail olmaq olub. Yəni, "biz erməni olaraq düşmən xalın bayrağını endirərək orada toy etdik" - demələrinə nail olmağa çalışıblar. Amma Fuad Kərimov yaranmış vəziyyətdən çıxış yolu taparaq mərdanəliklə ermənilərin hiyləylə dolu olan niyyətlərinin həyata keçməsinə imkan verməyib.
“Sultan”da erməni toyu, yoxsa oyunu?


Yaranmış insidentlə bağlı "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu"nun rəhbəri Hikmət Cavadov "Qafqazinfo"ya bildirib ki, "Diasporanın apardığı işlərdən biri də budur ki, bizim milli dəyərlərimiz, dövlət atributları olan bayrağımız, gerbimiz, himnimiz harada yaşamağımızdan asılı olmayaraq üstün tutulmalıdır; istər erməni, istərsə də amerikalı olsun, Azərbaycan bayrağını hər hansı bir şərt adı altında endirməsi qeyri-mümkündür. Biz buna canımızla-başımızla cavabdehik. Bu bizim siaysətimizdir. O restoranda çalışanlar da diasporanın aparıcı şəxsləridir. Milli məsələlərdə hər zaman həssas və mübarizdirlər".
Əslində bu gün Ukraynada ən çox danışılan mövzulardan biri bu ölkədə yaşayan Azərbaycanlılara qarşı dövlət səviyyəsində açıq və ya gizli təhdidlərdir. Ukrayna mediası qeyd edir ki, bütün bunlara birbaşa rəhbərlik edən ölkənin erməni mənşəli Daxili İşlər naziri, Arsen Avakovdur.

Ənvər Börüsoyun hurriyyet.org-da verilmiş məqaləsində qeyd olunur ki, "Ermənistan-Azərbaycan münaqişəsi bu gün sanki Ukraynaya transfer olub. Bu ölkədə nazir statusundan faydalanan Avakov və DİN-də yuva salmış onun xüsusi qrupları azərbaycanlılara qarşı terror siyasətini gücləndirməyə başlayıblar. Bu barədə dəfələrlə Azərbaycan Diasporunun rəhbərliyi və fəalları əllərindəki sənədlər əsasında rəsmi açıqlamalar da veriblər. Ölkədə iş adamı kimi fəaliyyət göstərənlər bildirirlər ki, Ukrayna polisi Avakovun əmri ilə onları həbs etdirir və sonra külli miqdarda rüşvətin qarşılığında azad edirlər. Rüşvət verməkdən imtina edənlərə qarşı sui-qəsdlər təşkil olunur.
Paytaxt Kiyevdə iş adamı kimi tanınan Sakit Hacıyev, Elvar İsgəndərov, Dnepropetrovskda Vitali Şirinov və digər azərbaycanlılar iki ildir olmazın müsibətlərlə üz-üzə qalıblar. Avakovun xüsusi qrupu tərəfindən qaçırılan və oğurlanan azərbaycanlı iş adamlarına işgəncələr tətbiq olunur. 2014-cü ilin mayında "Ukrayna Azərbaycanlıları Konqresi"nin və "Ukrayna Millətlər Məclisi"nin sədri Rövşən Tağıyevə qarşı sui-qəsdlər, Kremençik şəhər bələdiyyəsinin sədri Oleq Tağıyevin öldürülməsi, iş adamı Xızır Məmmədov, Təbriz Ələkbərov və adlarının çəkilməsini istəməyən yüzlərlə azərbaycanlının polis tərəfindən soyulmasının arxasında "Avakov mafiyası"nın olması artıq kimsəyə sirr deyil..."
Məqalədən bəlli olur ki, indiyədək mediada yayılan xəbərlərin ötəri statistikasını aparsaq görərik ki, son iki ildə Ukraynada sırf azərbaycanlı iş adamlarına məxsus 12 böyük restoran yandırılıb, 10-dan çox bahalı avtomobil qaçırılıb, 20-dən çox nüfuzlu iş adamının özü və yaxud övladları ya oğurlanıb, ya sui-qəsdə məruz qalıb, 10-a yaxın azərbaycanlı isə elə küçədəcə nümayişkaranə şəkildə öldürülüb.
“Sultan”da erməni toyu, yoxsa oyunu?



Bundan başqa, Ukraynadakı soydaşlarımızdan biri son günlər yenidən aktuallaşan bu mövzuyla bağlı Strateq.az-ın əməkdaşına olduqca ilginc açıqlamalar verib.
Ukrayna ilə biznes əlaqəsi olan və bu səbəbdən də adının çəkilməsini istəməyən soydaşımız deyib ki, son 2 il ərzində azərbaycanlı iş adamlarına qarşı baş verən bütün bu cinayətlərin arxasında birbaşa və dolayısıyla əslində Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakov durur: "Avakov gələnə qədər Ukraynada bu problemlərlə üzləşmirdik. Əkisnə, Ukrayna azərbaycanlı biznesmenlər üçün qazanmaq baxımından ideal məkanlardan sayılırdı. Ancaq Avakovun Daxili İşlər naziri təyin olunmasından sonra biz, faktiki olaraq, dövlət terroruyla üzləşmişik. Azərbaycanlı iş adamlarının öldürülməsi, oğurlanması, işgəncələrə məruz qalması, döyülərək əmlaklarının ələ keçirilməsi faktlarının hamısının arxasında Ukrayna polisinin əli var. Polisin içərisində "Avakovun dəstəsi" adlı xüsusi bir qrup yaradılıb. Bu qrupun işi sırf azərbaycanlı və türk biznesmenləri izləmək, onların fəaliyyətləri, əmlakları, sərvətləri, eləcə də ailə üzvləri barədə məlumatlar toplamaq və Avakovun özünə təqdim etməkdir. Bu informasiyanı bizə onların fəaliyyətindən xəbərdar olan gürcü dostlarımızdan biri verib və məqsəd də bizi xəbərdar etmək idi. Sonradan başımıza gələnlər onun məlumatlarını tam təsdiqlədi".

Bakıda anadan olmuş Avakov, soydaşımızın söylədiyinə görə, Ukraynanın Daxili İşlər naziri təyin ediləndən sonra Ukrayna polisində də bir neçə önəmli vəzifəyə, o cümlədən paytaxt Kiyev və vilayət polis idarəsinin rəisi vəzifəsinə erməni əsilli şəxsləri təyin edib, paralel olaraq da erməni diasporunun və kriminal aləmdəki "erməni mafiyası"nın Ukraynada fəaliyyətinə münbit şərait yaradıb.

interposta.info


Mübariz Azərbaycanlı, müstəqil jurnalist


“Sultan”da erməni toyu, yoxsa oyunu?

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26