Interposta.Info

Ulu öndərlə unudulmaz GÖRÜŞ- FOTOLAR

Manşet
 10-05-2017, 16:56     8 642

08 dekabr 2000–ci ildə qaçqın və məcburi köçkünlərin çətin həyat şəraitini əks etdirən foto sərgidə Ulu Öndərlə görüşümək mənə qismət olmuşdur. Lentə aldığım foto şəkillərdən Ulu Öndər çox təsirləndi və foto şəkillərin hər biri barədə mənə suallar verdi.
Məcburi köçkünlərin çətin həyat şəraitinin əks olunduğu fotoları çox dəqiqliklə şərh edən Ulu Öndərin həqiqətən də çox bilgili bir insan olduğunun şahidi oldum.
Yeraltı daxmalarda, qamışdan tikilmiş evlərdə yaşayan insanların həyat şəraitinin, həyat mənbəyi olan su probleminin və məişətinin şərhini verərkən Ulu Öndərin ətrafında olan məmurlar ona çox təccüblə baxırdılar. Ulu öndər xalqın çətin həyat şəraiti ilə tanış olmağı oradakı məmurlara tapşırdı və bundan sonra həmin ərazilərdə içməli suya olan təlabatı qarşılamaq üçün artezian quyuları qazıldı və insanların suya olan təlabatı ödənildi.
Bu sərgi əsnasında Ulu Öndərlə xeyli söhbət etmiş oldum və 17 il öncə Ulu Öndərlə görüşüb onun xeyir duasını almaq həyatımda müsbət istiqamətə doğru dərin iz buraxdı. Həmin görüşü sanki dünən olubmuş kimi dəqiqliklə xatırlayıram və həmişə də xatırlayacam. Bu görüş və xeyir dua qarşıdakı uğurlarım üçün mənə stimul verdi...

interposta.info-ın baş redaktoru Xaliq Rəşid oğlu



Ulu öndərlə unudulmaz GÖRÜŞ- FOTOLARUlu öndərlə unudulmaz GÖRÜŞ- FOTOLARUlu öndərlə unudulmaz GÖRÜŞ- FOTOLAR
Ulu öndərlə unudulmaz GÖRÜŞ- FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26