Interposta.Info

Ağ göl Milli Parkın rəhbərliyindən açıqlama

Manşet
 12-04-2017, 13:44     622

Sizin “interposta.info” saytının 05.04.2017-ci il tarixdə mənim haqqımda naməlum mənbəyə əsasən verdiyiniz yazı ilə əlaqədar bildirirəm ki, 2010-cu ildən Ağ göl Milli Parkına rəhbərlik edirəm.
İşlədiyim müddət ərzində həmişə Ağ göl Milli Parkının mühafizə rejimini pozaraq burada qanunsuz ov etməyə cəhd edən yerli və xarici vətəndaşlara qarşı ciddi mübarizə aparmış və hal-hazırda bu iş davam etdirilir.

Təkcə bir faktı göstərmək kifayətdir ki, son 3 il ərzində ərazidə mühafizə işçiləri tərəfindən 19 qanunsuz ov edilməsi faktı aşkar olunmuş və həmin yerli vətəndaşlar barəsində 19.000 (on doqquz min) manat inzibati cərimə tətbiq edilmiş və onun Azərbaycan Respublikası ETSN-nin xüsusi fondunun hesabına köçürülməsi təmin edilmişdir. O ki, qaldı mənim Sizin qeyd etdiyiniz kimi “Zəngin Ərəblərlə iş birliyi qurmağıma”, bununla əlaqədar bildirirəm ki, yalnış informasiyadır. Milli Parka rəhbərlik elədiyim dövrdə bir dəfə də olsun Ərəb millətindən olan xarici vətəndaş Milli Parkın ərazisində ov etməmişdir. Onuda bildirirəm ki, müxtəlif dövrlərdə 2014-2016-cı illər ərzində Suriya və İraq Respublikalarındn olan vətəndaşlar Milli Parkın ərazisində qanunsuz ova təşəbbüs edərkən Milli Parkın mühafizə işçiləri tərəfindən saxlanılmış, barələrində akt və protokol tərtib edilməkləİnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ümumilikdə 18.000 (on səkkiz min) manat inzibati cərimə tətbiq olunmuş və ödənilməsi təmin edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq materialların saytınızdan götürülməsini qarşı tərəf olaraq Sizdən xahiş edirik. Ehtiyac duyularsa verdiyimiz məlumatların yerində araşdırılması məqsədilə jurnalist araşdırılmasına Ağ göl Milli Parkında davam etdirilməsinə etiraz etmirik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26