Interposta.Info

 

Manşet / Paradoks
 13-03-2017, 17:13     1 730

 

 

Sosial mediada günün əsas mövzusuna çevrilən Ağsu rayon Kəndoba kənd orta məktəbinin foto görüntüləri gündəmi zəbt etmişdir.

Facebook sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində şəhid Rafiq Hüseynov adına məktəbin bərbad halda olan foto şəkillərini yayımlamışdır.

Məlumtalı şəxs interposta.info –a bildirir ki, Ağsu rayon Kəndoba kəndində 300 təsərrüfatda 3000 nəfərdən atrıq sakin yaşayır. Ümumilikdə üç nəfər şəhidi olan kəndin, şəhid Rafiq Hüseynovun adını daşıyan orta məktəbinin 250-dən artıq şagirdi olduğu bildirilir. Görüntülərdən də aydın olur ki, kənd məktəbi çox yararsız haldadır və hətta burada dərs keçirilməsi mümkünsüzdür. Bu səbəbdən də bir neçə sinifləri birləşdirərək dərsə davamiyyəti davam etdirmək istəyən 5 vicdanlı müəllim həftənin 5 günü uşaqların təhsilini davam etdirmələrinə çalışırlar. Məktəb direktoru Afaq Məhyəddinova hər tədris ilində uşaqlardan müxtəlif bəhanələrlə qanunsuz olaraq pul yığır, məktəbə isə necə nəzarət etdiyi və təhsilin davamiyyətinin "keyfiyyəti” göz qabağındadır. Məlumatlı şəxs bildirir ki, məktəbin 30 nəfərdən ibarət böyük müəllim kollektivi olmasına baxmayaraq məktəbə cəmi 5 nəfər müəllim gəlir. Ağsu rayon Təhsil Şöbəsi ilə (0202265020) əlaqə saxladıq və müavin Səftər müəllim bizimlə danışarkən problemdən xəbərdar oluqlarını bildirdi. Səftər müəllim bildirdi ki, əsaslı təmir üçün Ağsu rasyon Təhsil Şöbəsinin  tabe olduğu 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət olunub və məktəb əsaslı təmir olunmaq üçün növbə gözləyir. Buradan belə bir sual yaranır. Hörmətli Ağsu rayon Təhsil Şöbəsi 18 ildir ki, bu məktəb niyə təmir olunmur..? Kənd əhalisinin uzun illərdir ki, Ağsu Rayon İcra Hakimiyyətinin Başçısı başda olmaqla, Təhsil Naziri Mikayıl Cabbarova və digər aidiyyatı orqanlara müraciətləri cavabsız qalmaqdadır.

interposta.info mövzuyla bağlı foto görüntüləri diqqətinizə çatdırır. 

 
 
 
 
 
 
 
 
 

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26