Interposta.Info

Azərbaycanda cənnətə düşmək qeyri mümkündür –

Manşet / Paradoks / Ölkə
 19-02-2017, 22:24     1 343

Azərbaycanda cənnətə düşmək qeyri mümkündür –

Ölkəmizdə baş verən hadisələr bu araşdırmanı aparmaq üçün mənə stimul verdi!
Bir çox sahələrdə işlədiyimi nəzərə alsaq bu acınacaqlı durumun hər bir sahəni əhatə etmiş olduğunu görərik.

Ölkəmizin əsas bəlasına çevrilən “hörmət etmək, şirinlik vermək” və digər adları olan bu bəla bizlərə əsrlərin mirasıdır. Hələ uşaq yaşlarım idi valideyinlərim ailənin bir çox sənədlərini düzəltmək üçün müxtəlif qurumlara gedib gəlirdilər və evdə öz aralarında söhbət edirdilər ki, filan müəssisədə Paşaya 10 manat “şirinlik”, Şahvələdə 15 manat “hörmət etdim” . İllər keçdi valideyinlərimdən eşitdiyim şeyləri real həyatda özüm gördüm. Eşitdiyim “şirinlik, hörmət günümüzdə 10-15 manat yox daha çox 100 və 100-lərlə manatlardan ibarətdir. Yaşadıqca orta və yaşlı nəslin bu mexanizmdə cəmiyyətdən faydalanması məni qəlbən çox incidirdi. Axı biz niyə avropalaşırıq deyə-deyə əsirlərdən gələn bu “şirinlik və hörmət” mirasını avropalaşdırıb çeklərə çevirə bilmirik ki, vicdanımız rahat olsun. Buna mane olan nədir..?! Bir müəssisədə işlədiyim müdətdə bu “şirinlik” deyiləni dəfələrlə təklif etsələr də qəbul etmədim və qarşı tərəfin işini təmənnasız gördüm. Ətrafımda olan yoldaşlar kinayə ilə gülərək mənə dedilər: Cavan oğlansan niyə almırsan..?! Məndə başımı tərpədərək dedim. Axı o halal sayılmır. Yoldaşlar bildirdilər ki, hələ cavansan bilmirsən guya bizimkilərdən kim almır ki..?! Hər gün davamlı olaraq qınanırdım. Fikirləşirdim görəsən bizdə hansı orqan varmı ki, orada “şirinlik” olmasın. Gəncliyimdə günlərlə bunu fikirləşirdim. İşimdən əlavə olaraq fəhlə işləyirdim ki, ailəmin problemlərini ödəyim amma kimsədən “şirinlik” və ya “hədiyyə” almayım. Harda işləməyimdən asılı olmayaraq bu məsələ həmişə mənə sıxıntı gətirirdi.
Düşüncələrimdə bir məsələ də dolaşırdı görəsən bizimkilər hər ay yüksək məvacib alsalar belə yenə də əsirlərin mirasını davam etdirəcəklər..?
Görəsən “şirinlik” pirinsipi ilə yaşayan insanlar axşamlar yatanda vicdanları qarşısında özlərinə hesabat verirlərmi..?!

Kasıbdan aldığı 10-15 manatı qənimət bilənlər, özünə hörmət etməyən və gündəliyini yaşayan ali təhsilli dilənçi kimi görünürlər. Düzdü gün ərzində 5-10 adamdan bu qədər alanda xeyli “qəzanc” etmiş olur. Bəs onda VİCDAN NƏ QAZANIR...?!!!
Mən Azərbaycan gəncliyini tam səmimi və Avropa düşüncəli görmək istəyirəm. Çox təəssüf ki, gənclərimiz qeyri səmimidir... Bax bunun səbəbini hər birimiz özümüzdə axtaraq bəlkə onda bizi idarə etmək istəyənlərin təsirindən çıxaq. Axır ki, Azərbaycanda da elə bir orqan yarandı ki, orada “şirinlik” və “hədiyyə” pirinsipi işləmir. Sözün həqiqi mənasında bu məni çox sevindirir.
Sonda onu da bildirirəm ki, Azərbaycanda cənnətə düşmək üçün ASAN xidmətdə işləmək lazımdır. Buna səbəb hörmətlə qarşıladğımız “şirinlik” və “hörmət” pirinsipinin bu orqanda olmamasıdır! ASAN xidmət mərkəzlərinə gedəndə insan özünü bir anlıq avropada hiss edir. İnsanları qarşılamaq, yola salmaq, dinləmək və yüksək xidmət mədəniyyəti və s.
Çox təəssüflə qeyd edirəm ki, çoxları cənnətə düşmək şansını itirib!

interposta.info-ın Baş redaktoru Xaliq Rəşid oğlu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26