Daşınmaz əmlak bazarında qiymət artımı gözlənilirmi? (AÇIQLAMA)

"Hazırda ipoteka ilə satışa çıxarılan evlərin qiymətində artım müşahidə olunur".
Bunu "İnterPosta"-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Ekspert fərdi mənzillərin qiymətində artımın olmadığını qeyd edib:
"Əmlak bazarında hələ canlanma yoxdur. Çünkü bazarda alıcı qıtlığı var".

İnşaat materiallarının qiymətinə gəlincə, ekspert bu sahədə hər hansı bir dəyişikliyin olmadığını vurğulayıb:
"Əksinə, armaturun ötən illə müqayisədə qiyməti enib. Sementin qiymətində artım var. Əmlak bazarında qiymətin enməsi kütləvi mülkü inşaatdan asılıdır. Kütləvi inşaat olmadığından rəqabət zəifdir".\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26