Interposta.Info

Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə

İdman / Manşet
 4-09-2024, 10:11     22 925

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib.

"İnterPosta"-nın məlumatına görə, bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub.

Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc mükafat sahib çıxıblar.

Siyahıya Çin (53 qızıl, 40 gümüş, 22 bürünc) başçılıq edir. Böyük Britaniya (30 qızıl, 18 gümüş, 13 bürünc) ikinci, ABŞ (20 qızıl, 22 gümüş, 11 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26