Interposta.Info

Türkiyədə baş pəhləvanın qətlində azərbaycanlı iş adamının izi

İdman / Paradoks
 11-09-2020, 09:41     1 738

Türkiyədə baş pəhləvan 25 yaşlı Hakkı Aygünü öldürməkdə şübhəli bilinən şəxsin polisə verdiyi ifadəsi üzə çıxıb.

Polisin saxladığı 20 yaşlı Umut Can 4 nəfəri öldürməyi planlaşdırdığını bildirib: "Həbsxanadan çıxdıqdan sonra Yavuz Tayfur adlı şəxsin avtoyuma məntəqəsində çalışdım. Orada dava etdiyim üçün işdən çıxdım. Y.Tayfur ilə arasında münaqişə olan Hakkı Aygün ilə sosial şəbəkədə əlaqə qurdum. Ona Tayfurun haqqımı vermədiyi üçün yanından işdən çıxdığımı dedim.

Məndən Yavuz Tayfuru vurmağımı istədilər. Razı olmadım. Daha sonra silahla hədələyərək guya Yavuz Tayfurun 4 milyon lirə qarşılığında azərbaycanlı iş adamını öldürdüyü, mənim payıma düşən 350 min lirəni vermədiyi, bunun üçün də işdən çıxarıldığım yönündə səs yazımı qeydə aldılar".

Lakin saxlanılan şəxs ifadəsində azərbaycanlı iş adamının adını açıqlamayıb. Bundan sonra U.Can idmançını öldürməyə qərar verib.

Xatırladaq ki, qətl hadisəsi sentyabrın 1-də baş verib. (baku.ws)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26