Interposta.Info

SON DƏQİQƏ:

İdman / Gündəm
 30-01-2017, 14:24     2 128

SON DƏQİQƏ:
Rinqdən qaçan Anoska Akokiyan erməniləri lap rüsvay etdi

interposta.info bildirir ki, "Şimal xəbərləri" qəzetinin Gürcüstan paytaxtından aldığı son məlumata görə, bu gün burada keçirilən K-1, Tay boksinq və Kiqboksinq üzrə beynəlxalq açıq turnirdə erməni idmançıları rüsvay olublar.

Bu hadisələr erməni azarkeşlərini və məşqçilərini ciddi məyus edib. Xaçmaz Azad Kiqboksinq klubunun prezidenti Ramin Nəcəfovun qəzetimizin əməkdaşına bildirdiyinə görə, Azərbaycan yığmasının tərkibində iştirak edən xaçmazlı idmaçılar yüksək nəticələr qazanıblar. Rayonun kiqboksinq üzrə baş məşqçisi bildirir ki, Nəzrin Əskərovanın qarşısından qaçan erməni kiqboksçusu Anoska Akokiyan lap biabır olub."Anoska 15 yaşlı Nəzrinin məşqini ciddi izləyirdi. Hələ döyüşdən qabaq hiss olunurdu ki, bərk qorxuya düşüb. Rinqə çıxanda isə, məşqçilərinin təkidinə baxmayaraq çəkisindəki bir neçə qramı bəhanə edib qaçdı. Məşqçiləri isə bərk əsəbiləşmişdilər. Onlar israrla Anoskanı rinqə qaytarmağa çalışırdılar. Nəhayət onu çəkisi özündən az olan Azərbaycan yığmasının üzvü Esmira Talıbova ilə üzləşməyə razı saldılar. Gözünə döndüyüm Esmira isə Anoskanın yekə burnuna dalbadal zərbələr endirərək onu rüsvaycasına məğlub etdi. Yarışdan öncə "zəhmli "şəkillərini paylaşan Anoska(Özünü az qala Remboya bənzədən Anoskanın fotoşəklini əldə etmişik və sizlərə də nümayiş etdiririk. Diqqətlə baxın, Xaçmaz şəhərində 10-cu sinifdə oxuyan Nəzrin Əskərovanın qarşısından qaçan "vahiməli" sifətli qorxaq budur) Ermənistanı gülünc günə saldı. Nəzrin isə gürcü rəqibini darmadağın edərək çempion oldu. Esmira da qızıl medal aldı." Ramin Nəcəfov onu da qeyd etdi ki, xaçmazlı idmançılardan İkram Nəcəfov Valeri Osyanı, Əhməd Mirzəbəyov isə Bokolo Suvaliyanı şil-küt edərək çempion oldular. Birincilik əldə edən başqa idmançılar da var.
Bəli, rinq də bir döyüş meydanıdır. Burada da qalib gəlməyi bacarmaq lazımdır. Hələ ki, Anoskalar rinqdə qabağımızdan qaçırlar. Gün gələcək ki, Qarabağdan da belə qaçan günləri olacaq. Az qalıb. Belə getsə çox az qalıb.
Afərin idmançılarımıza. Onların hamısını, xüsusilə də, erməniləri məğlub edənləri və qarşısından qaçırdanı təbrik edirik.
Son dəqiqədə aldığımız məlumata görə, xaçmazlı idmançılar vətənə yola düşüblər.Yolunuz açıq olsun.
Əlisultan

interposta.info
SON DƏQİQƏ:
SON DƏQİQƏ:
SON DƏQİQƏ:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26