Interposta.Info

DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində həlak olub

Ölkə
 29-07-2020, 11:54     638

29 iyul 2020-ci il tarixində saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin Qaradağ rayonunda yerləşən "N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat etmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26