Zelenski Türkiyədə səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.
Report xəbər verir ki, bu barədə "Anadolu” məlumat yayıb.
"Zelenski və nümayəndə heyətini daşıyan təyyarə 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib”, – agentliyin məlumatında qeyd olunub.
Dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü planlaşdırılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26