Interposta.Info

 

İstanbulda altı ölkə tərəfindən “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan 10 nəfər saxlanıldı 

Dünya / Manşet
 11-01-2024, 12:09     39 027

Türkiyənin İstanbul şəhərində “İnterpol”un qırmızı bülleteni ilə altı ölkə tərəfindən axtarışa verilən 10 nəfər saxlanılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib.
“İran, Cənubi Koreya, Suriya, Çin, Özbəkistan və İsveçrə tərəfindən dələduzluq, çirkli pulların yuyulması, qumar oyunları, immiqrant qaçaqmalçılığı, insan qaçaqmalçılığı, insan alveri ittihamları üzrə “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilən 10 nəfər “Kafes-30” əməliyyatları çərçivəsində ələ keçirilib”, - deyə nazir qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26