Interposta.Info

Avtomobil Yolları Dövlət Agentliyinin 8 aydı 1 küçənin yolun bitirə bilmir, çınqıl əvəzinə gil işlədir- İTTİHAM + VİDEO

Müxtəlif / Manşet
 18-08-2019, 21:09     11 246

Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsinin təmir-tikinti işlərinə 16.01.2019-cu il tarixdə başlamasına baxmayaraq hələdə bitməyib.

Adı çəkilən ünvanda yaşayan sakinlər bildirirlər ki, Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 3 km-dən artıq olmaqla qəsəbənin mərkəzi yolu sayılır və bu yolla 158 nömürəl maşurut hərəkət edir.

Binəqədi rayon Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsinin sakinləri, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (AAYDA) fəaliyyətsizliyindən və yol tikintisinin düzgün aparmamasından “İnterPosta.info”ya danışıblar:

Vətəndaşlar iddia edirlər ki, AAYDA tikinti işlərin düzgün aparmır. Onların müdaxiləsi olmasa 30 ilin çürümüş su xəttləri üzərindən yeni yol çəkiləcək, bir aydan sonra yeni inşa edilmiş yol yenə çökəcəkdir. Sakinlər bildirir ki, onların tələb və təhkidi ilə Binəqədi rayon icra hakimiyyətindən komisya gətirilib və yeni su xətti çəkilib.
Amma AAYDA-nın sözçüsü Anar Nəcəfli ərazidə gedən tikinti işi başlayarkən bildirmişdir ki, qısa müddət ərzində su xətti, 4-7, 7-8 metir enində yol və piyada üçün səki inşa ediləcək.

Hal-hazırda Ruslan Allahverdiyev küçəsində nə yol, nədə piyada üçün səki hazırdı!
8 aydı 3150 metr uzunluğu olan küçəni AAYDA hazır edə bilməməsinin səbəbi nədir?


30 il Dövlət Tikintilərinə Nəzarət idarəsində çalışmış Aslanov İbiş Şərif oğlu bildirir ki, daş karxanalarının töküntüsünü (atxodunu) yol tikintisində təməl materialı kimi istifadə etmək düzgün deyil. O, bildirir ki, Yolun tikintisi zamanı çay-qırabili, qum və s. kimi materallardan istifadə edilməlidir.

Aslanov İbiş Şərif oğlu, bu cür yol tikintisi aparan şəxslər vətənə xəyanət etmiş və Azərbaycan Respubilkasının prezidentin aldatmış adamlardı!..

Redaksiya olaraq qarşı tərəfi dinləməyə hazırıq.

Daha ətraflı İnterPosta.info təqdim etdiyi video kadırlarda:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26