Interposta.Info

“Atamı səhər saat 5-də alman polisi həbs edib”

Ölkə
 14-11-2019, 14:07     10 385

Türkel Rüstəmxanlı: “Yaxın günlərdə ailə onunla görüşəcək”

Almaniyada bir qrup azərbaycanlının mühacir alveri ilə bağlı saxlanması barədə xəbərlər gəlməkdə davam edir. Onlardan biri, “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyevin həbsi barədə xəbərlər təsdiqlənir. Bu barədə onun oğlu Türkel Rüstəmxanlı TV Müsavatın “Canlı Debat” verilişinə telefon bağlantısı ilə qoşularaq açıqlama verib.

Musavat.com xəbər verir ki, T.Rüstəmxanlı atası Ə.Əliyevin dünən səhər saat 5 radələrində saxlandığını deyib. Onun sözlərinə görə, Ə.Əliyevin vəkili var. Ailə hələlik ittihamın detalları ilə bağlı məlumatlı deyil: “Yaxın günlərdə ailəsi olaraq onunla görüşəcəyik. Əlavə məlumatları da ancaq o zaman mediaya verə bilərik”

Musavat.com xatırladır ki, Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstənin iki üzvü saxlanılıb. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26