Interposta.Info

Trampın müşaviri dünyanı şoka saldı:

Ölkə
 2-02-2017, 19:15     619

 Trampın müşaviri dünyanı şoka saldı:

ABŞ prezidenti Trampın baş müşaviri Stefan Bannon bir neçə il ərzində Çinlə müharibə edəcəklərini deyib.

Avropa.info xəbər verir ki, Bannon 2016-ci ilin mart ayında özünə məxsus radioda açıqlama verən Bannon ABŞ və Çin arasında növbəti on il ərzində münaqişələrin qızışacağına dair proqnoz verib.

“Qarşıdakı 5-10 il ərzində Cənubi Çin dənizində müharibə edəcəyik. Heç şübhəsiz ki, bu müharibə baş tutacaq. Çin sahil zolaqlarında istehkam qurub , döyüş gəmiləri saxlayır və bu gəmilər raketlərlə təchiz olunub. Artıq burnumuzun dibinə soxulublar” deyə Bannon qeyd edib.

Qeyd edək ki, Trampın seçki kampaniyası Çini hədəf alan bir ritorika üzərində qurulmuşdu.
May ayında İndiana ştatında keçirdiyi mitinqdə Trampın, Çin ilə ABŞ arasındakı əlaqələri “cinsi istismar” kimi təsvir etməsi mübahisələrə səbəb olmuşdu.Trump bu mitinqdə “Çinin ölkəmizə təcavüz etməsinə imkan verməyəcəyik” demişdi.

Çinlə müharibə tərəfdarı olan Bannon, ötən həftə sonu Tramp tərəfindən Milli Təhlükəsizlik Şurasının daimi üzvü təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26