Interposta.Info

İcra başçıları üçün yeni ələmə dönəmi... - SİYAHI

Ölkə
 14-08-2020, 19:36     803

"Bəlkə də bu gündən proses start götürəcək. Rayon icra başçılarının dəyişdirilməsi üçün müəyyən tədarük görülüb. Yenə də gənc kadrların təyinatlarda üstünlük təşkil edəcəyi gözlənilir".

Bu barədə Dia.az-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, sentyabr ayının ortalarına qədər RİH rəhbərlərinin əvəzlənməsi prosesi davam edə bilər:

"Hələlik ilkin planlama belədir və ilk günlərdə təxminən 5 rayonun, ardından da 12 rayonun icra başçısı yola salınacaq. Ola bilsin ki, onlardan bəzilərinə yenidən etimad göstərilsin və təkrarən digər rayona başçı göndərilsinlər. Amma dəyişiklik mütləqdir".

Mənbə konkret olaraq hansı rayonun başçısının yola salınacağını deməsə də, bu vaxta qədər yerli KİV-də müəyyən informasiyalar yetərincə işıqlandığından həmin məqamları təkrar olaraq. xatırladırıq.

Beləliklə, yayılan informasiyalara görə,
1. Samux;
2. Astara;
3. Ağdaş;
4. Şəmkir;
5. Lerik;
6. Yardımlı;
7. Kürdəmir;
8. Qubadlı;
9. Quba;
10. Füzuli;
11. Ağcabədi;
12. Masallı;
13. Gədəbəy;
14. Goranboy;
15. Göyçay;
16. Cəlilabad;
və Bakının Pirallahı rayonlarının icra başçılarının dəyişdirilməsi gözlənilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26