Interposta.Info

Kür çayı quruyur, problemlər artır VİDEO

Ölkə
 29-06-2020, 23:48     674

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli azalıb, hətta həyətyanı sahələrdə su quyuları quruyub.

10 gün ərzində Kür çayında suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb.

Artıq Kürdə də Kürlük qalmayıb. O vahiməli, coşub-daşan Kürə baxdıqda gölməçələr və kiçik adalar görünür. Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib.

Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı salıb.

Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub.

Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayınca vəziyyət kritik olaraq qalacaq./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26