Interposta.Info

Azərbaycanda COVID-19-a yoluxanların sayı 7, sağalanların sayı 4 mini ötdü

Ölkə
 6-06-2020, 19:27     589

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların və infeksiyadan sağalanların sayı açıqlanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 7 239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3 131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26