Interposta.Info

D18 hərəkatının rəhbəri Ruslan İzzətli hərbi xidmətə aparıldı

Ölkə
 25-05-2020, 10:36     637

D18 Hərəkatı idarə heyətinin sədri Ruslan İzzətli bu gün hərbi xidmətə yollanıb. "İnterPosta" xəbər verir ki, bu barədə R.İzzətli dünən gecə Facebook üzərindən həyata keçiridyi canlı yayında anons verib.

R.İzzətli canlı yayında bildirib ki, mayın 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağdam Rayon Şöbəsindən məlumat verib.

O, eyni zamanda səhhətinin hərbi xidmətdən keçmək üçün yararlı olmadığını da əlavə edib. R.İzzətli bildirib ki, böyrəyii xəstədir və 5 mm səviyyəsində bel yırtığı var.

R.İzzətli hərbi xidmətə aparıldığına görə 1 il ərzində hərəkata İH-in üzvü Samirə Agayeva başçılıq edəcək.

Məlumata görə R. İzzətlinin 31 yaşı var və indiyə qədər həqiqi hərbi xidmət keçməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26