Interposta.Info

Oqtay Şirəliyev üzə çıxdı: Bu axşam danışacaq

Ölkə
 24-03-2020, 19:57     440

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də bu gün axşam "Xəbərlər" proqramından sonra efirə gedəcək "Hədəf” verilişinin qonağı olacaq.

"İnterPosta" xəbər verir ki, nazir veriliş boyu mövcud durumla bağlı suallara cavab verəcək, rəhbərlik etdiyi qurumun tövsiyələrini bildirəcək.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə və ictimaiyyət arasında səhiyyə nazirinə yönəlik çoxsaylı tənqidlər ünvanlanır. Bu tənqidlərdə Oqtay Şirəliyev koronavirusun yayıldığı müddətdə ictimiayyət qarşısına çıxmadığına görə ittiham olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26