Interposta.Info

Prezident Mədət Quliyevə yeni vəzifə verdi - Sərəncam

Ölkə
 10-12-2019, 17:35     456

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

"İnterPosta.info" xəbər verir ki, Komissiyanın həmsədri Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Sənayesi naziri general-polkovnik Mədət Quliyevdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26