Interposta.Info

Almaniyada uşaqlar arasında keçirilən Avropa birinciliyinə yekun vuruldu - FOTO

İdman / Ölkə
 9-12-2019, 00:47     718

"İnterPosta.info"nun məlumatına görə, son gün daha iki taekvondoçu mükafatçılar sırasında yer alıb.

22 kq çəki dərəcəsində yarışa qatılan Elmira Bayrak (Sumqayı Təhsil) və Süleyman Həsənov (24 kq, Gədəbəy GİK) bürünc medal qazanaraq öz çəki dərəcələrində Avropa üçüncüsü oldu.

Xatırladaq ki, yarışın ilk gün "Ümid” taekvondo klubunun yetirməsi olan Mehdi Budaqlı (27 kq) qızıl medala, Aydın Süleymanov (32 kq, Sumqayıt Təhsil), Mürşüd Qasımov (39 kq, "Əmin" t.k.) və Tamerlan Yaqubov (29 kq, FHN) gümüş medala, Fərdi Quşxani (35 kq, "Ümid" t.k.) isə bürünc medala sahib olub.
İdmançıları və məşqçi heyətini təbrik edirik!

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26