Interposta.Info

Vilayət Eyvazov birinci müavininə yeni vəzifə verdi

Ölkə
 13-08-2019, 21:25     10 446

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

"İnterPosta.info" APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26