Interposta.Info

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Siyasət / Manşet
 Dünən, 20:08     10 237

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycana rəsmi səfərə gəlib.

"İnterPosta" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26