Interposta.Info

Türkiyə Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcək

Siyasət / Manşet
 25-07-2024, 09:36     44 921

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq.

Həmçinin Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq.

Eyni zamanda Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq.

Qeyd olunub ki, iclas çərçivəsində PKK, İŞİD kimi terror təşkilatlarına qarşı mübarizədəki son durum barədə dövlət başçısına məlumat veriləcək.

İnterPosta.info xəbər verir ki, məlumatı Qaynarinfo Türkiyə KİV-inə istinadən məlumat yayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26