Interposta.Info

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib - FOTO

Siyasət / Manşet
 26-12-2022, 14:03     389

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-2” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşıladılar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26