Interposta.Info

Meyiti Ermənistana təhvil verilən hərbçilərin sayı açıqlandı

Siyasət / Manşet
 5-11-2022, 12:42     455

"Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdalarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır”.

"İnterPosta" "Report"a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub:

"Minaların təmizlənməsi istiqamətində işlərimiz davam edir və günbəgün genişlənir. Azad edilən ərazilərdə yenidən infrastruktur qurulur”.

Nazir həmçinin qarşı tərəfə təhvil verilən meyitlərin sayını da açıqlayıb:

"Azərbaycan tərəfi 2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan dərhal sonra onun icrasına başlayıb. Hətta Azərbaycan birtərəfli qaydada pozitiv addımlar atıb. Azərbaycan tərəfi bu müddət ərzində 1 700-dən çox erməni hərbçinin meyitini Ermənistana təhvil verib”.

O bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşmüş 4000 azərbaycanlının taleyi ilə bağlı hər hansı məlumat yoxdur:

"2021-ci ilin qış aylarında 30 illik münaqişə tarixində ilk dəfə Rusiya qazı Azərbaycan ərazisindən Ermənistana nəql edildi. Azərbaycan tərəfi buna da birtərəfli qaydada razılığını verib”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26