Interposta.Info

İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət etdi

Siyasət / Manşet
 22-02-2022, 11:48     275


Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

"İnterPosta" xəbər verir ki, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib. Prezident naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib. Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26