Interposta.Info

Biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik - İlham Əliyev

Siyasət / Paradoks
 8-10-2020, 14:52     748

“Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır”.

"İnterPosta" xəbər verir ki, bunu Prezident İlham Əliyev rəsmi "Twitter" hesabında yazıb.

O qeyd edib ki, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.

Dövlət başçısı əlavə edib ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik: Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26