Ölkə - GoldMedia.Az - Azərbaycanın xəbər saytı son xəbərlər

Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov , Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin sonuncu məhkəmə prosesi baş tutub.

Trend-in məhkəmədə iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Valeri Dulov 4 il, Dmitri Fedorov, Boris Timoşov, Aleksey Vasilçenko və İlya Bezuqlini 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Rusiya vətəndaşı olan Sergei Sofronov tamah niyyəti ilə həmin ölkənin vətəndaşları Dmitrii Bezuqli, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçev, Dmitri Fedorov, Boris Timaşov, İlya Bezuqli və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə maddələrlə) yekun ittiham irəli sürülüb.

Goldmedia.az

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə...
İmişlidə gənc qızın sevgi münasibətində olduğu şəxsin təsiri ilə dayısının evindən pul və qızıl-zinət əşyaları oğurlaması işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Goldmedia.az xəbər verir ki, məhkəmə materiallarına əsasən, tərəflər arasında bir neçə il əvvəl sevgi münasibəti yaranıb. Gənc oğlan qıza borclarının olduğunu, gələcəkdə biznes qurmaq və onunla evlənmək istədiyini deyərək, dəfələrlə maddi kömək göstərməsini istəyib.

İttihama görə, qız ilk olaraq 2025-ci ilin aprel ayında dayısına məxsus evdəki sandıqdan 200 ABŞ dolları götürərək sevgilisinə verib. Bir neçə gün sonra isə həmin sandıqdan müxtəlif qızıl-zinət əşyalarını oğurlayaraq ona çatdırıb. Oğurlanan qızıllar sonradan satılıb və əldə olunan vəsait müxtəlif şəxsi ehtiyaclara sərf edilib.

Bununla kifayətlənməyən gənc oğlan qızı yenidən oğurluq etməyə sövq edib. Bir müddət sonra qız dayısına məxsus evdə saxlanılan 16 min 800 ABŞ dollarını da götürərək sevgilisinə verib. Araşdırma zamanı müəyyən edilib ki, həmin pulun bir hissəsi manata dəyişdirilib, müxtəlif şəxsi xərclərə və biznes qurmaq məqsədilə istifadə olunub.

İş materiallarına əsasən, oğurlanan əmlak arasında qızıl üzüklər, sırğalar, boyunbağı, qolbaqlar və digər zinət əşyaları olub. Zərərçəkmiş şəxsə ümumilikdə 36 min manatdan artıq maddi ziyan dəyib.

Zərərçəkmiş tərəfin nümayəndəsinin ifadəsinə görə, ailə üzvləri uzun müddət oğurluqdan xəbərsiz olublar. Pul və qızıl-zinət əşyaları evdəki sandığın alt hissəsində saxlanıldığı üçün onların yoxa çıxması dərhal aşkar edilməyib. Hadisə yalnız ailə üzvləri sandığı yoxlayarkən üzə çıxıb və bundan sonra polisə müraciət olunub.

Məhkəmə iclasında qız təqsirini etiraf edərək bildirib ki, sevgilisinin onunla evlənəcəyinə inanıb və ona kömək etmək məqsədilə bu addımları atıb. Digər təqsirləndirilən şəxs isə qismən təqsirini qəbul edib və oğurlanan qızılların satıldığını, əldə edilən vəsaitin şəxsi ehtiyaclara xərcləndiyini təsdiqləyib.

Məhkəmə araşdırması zamanı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) üzrə irəli sürülmüş ittiham hər iki şəxsə münasibətdə ümumi ittihamdan xaric edilib. Hökmə əsasən, qız Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Onu oğurluğa təhrik edən sevgilis isə Cinayət Məcəlləsinin 32.4, 177.2.2 və 32.4, 177.2.4-cü maddələri (təkrar oğurluğa təhrik etmə və xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluğa təhrik etmə) ilə təqsirli bilinib. Məhkəmə ona 600 manat məbləğində cərimə cəzası təyin edib.

Goldmedia.az