Interposta.Info

Ağdamda mina partladı, polis əməkdaşı xəsarət aldı

Ölkə
 Dünən, 10:06     9 056

İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.

Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26