Interposta.Info

Azərbaycanda əməkdar jurnalistlər üçün aylıq təqaüd 50 manat artırılıb
 

Ölkə
 12-06-2025, 19:24     44 812

Azərbaycanda iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 manatdan 200 manata çatdırılacaq.

"İnterPosta" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmanla iyulun 1-dən Prezidentin fərdi təqaüdünün məbləği 1 500 manatdan 1 700 manata çatdırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26