Interposta.Info

Oğuzda bəy toy günü qəzaya düşüb
 

Ölkə
 4-06-2025, 14:54     53 156

Oğuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

"İnterPosta"nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Sincan-Xaçmaz avtomobil yolunda qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Emin Feyzullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və iki sərnişini yüngül xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəza zamanı xəsarət alan 24 yaşlı Emin Feyzullayevin bu gün toyudur. O, Xaçmaz kəndində qız toyunda iştirak etməli idi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26