Sumqayıtda yük avtomobili elektrik xəttinə toxunub, sürücü ölüb

Sumqayıtda yük avtomobili elektrik xəttinə toxunub, sürücü ölüb
Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.
“İnterPosta”nın yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun “Yaşma bağları” ərazisində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü İldırım Mirməmməd oğlu Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb, arxa kuzovunu qaldırarkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26