Interposta.Info

Tətildən sonra ilk dərs gününün vaxtı açıqlanıb
 

Ölkə
 19-03-2025, 16:47     127 344

Tətildən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Novruz bayramı ilə əlaqədar istirahət günlərindən sonra ilk dərs gününün vaxtı məlum olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük (6) tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 26, 27 və 29 mart tarixləri iş günləri hesab ediləcək. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 1 aprel tarixinə təsadüf edəcək",- məlumatda qeyd olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26