Interposta.Info

İlham Əliyev Estoniya Prezidentini təbrik edib
 

Ölkə
 24-02-2025, 11:47     29 069

İlham Əliyev Estoniya Prezidentini təbrik edibİlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmkarı Alar Karisi bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

"İnterPosta"nın məlumatına görə, təbrikdə deyilir:

"Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Estoniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26