Interposta.Info

Şəhidin 13 yaşlı oğlu faciəvi şəkildə öldü (FOTO)

Ölkə
 20-02-2025, 12:09     64 528

Vətən müharibəsi şəhidi Elvin Əzizovun övladı faciəvi şəkildə həlak olub.

"İnterPosta" "Unikal"a istinadən xəbər verir ki, hadisə Masallı rayonun Qarğalıq kəndində baş verib.

Şəhidin oğlu Ayxan Əzizov ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26