Interposta.Info

Nazir Lənkəran müasir penitensiar kompleksinə rəis təyin etdi (FOTO)

Ölkə
 19-02-2025, 11:49     27 957

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub.

Qeyd edək ki, Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda 12 saylı cəzaçəkmə müəssisəsinin rəis vəzifəsinin əvəzedicisi vəzifəsi rəis müavini Cavid Səfərova tapşırılıb.

Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26