Interposta.Info

Bakıda itkin düşən azyaşlı uşaq tapılıb - YENİLƏNİB

Ölkə
 13-02-2025, 09:47     41 881

Bakıda itkin düşən azyaşlı tapılıb.

DİN-in Mətbuat Xidmətindən "İnterPosta"ya bildirilib ki, itkin düşmə kimi axtarışa elan edilmiş azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

09:25

Bakıda 10 yaşlı oğlan itkin düşüb.

"İnterPosta"nın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Sadiq Məcidov 10 fevral tarixində evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırılma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26