Interposta.Info

Dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatır - FAKTİKİ HAVA

Ölkə
 18-12-2024, 14:58     44 615

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 18-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında və Qobustanda 20 m/s, Laçında 21 m/s, Goranboyda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Kəlbəcər, Şabranda 17 m/s, Zəngilan, Şəkidə 15 m/s, Oğuzda 14 m/s, Mingəçevirdə 13 m/s-yə çatıb.

Bu sarı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26