Interposta.Info

Naxçıvan əhalisinin sayı nə qədərdir?

Ölkə
 11-09-2024, 16:29     48 044

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.

Bu barədə "İnterPosta"ya Naxçıvan Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

1 avqust 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il əvvələ nisbətən 2581 nəfər və ya 0,6 faiz artaraq 469 min 853 nəfərə çatıb.

Bu ilin yanvar-iyul aylarında muxtar respublikada 2153 doğulan körpə qeydə alınıb, ölənlərin sayı isə 1285 nəfər olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26